RU

Ağ Ev: Sammit üçə-üç formatında keçiriləcək

Ağ Ev bildirib ki, Tramp Putinlə görüşə tək getməyəcək, ona Dövlət katibi Marko Rubio və xüsusi elçi Stiv Vitkoff qoşulacaq.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, görüşdən sonrakı naharda isə Rubio, Vitkoff, Xəzinədarlıq katibi Skott Bessent, Ticarət naziri Hovard Lutnik, Müdafiə naziri Pit Hegset və Trampın aparat rəhbəri Syuzi Vayls da iştirak edəcəklər.

Lalə Qüdrətova
Milli.Az

Избранный
88
50
milli.az

10Источники