İsveçdə silahlı şəxslər cümə namazından sonra məscidə hücum ediblər
İsveç polisi Örebro şəhərindəki məsciddə cümə namazından sonra atışma nəticəsində iki nəfərin yaralandığını bildirib. Örebro Polisinin rəsmi internet saytında yayımlanan açıqlamada, Örebrodakı məscidin yaxınlığında atışma xəbərinin yerli vaxtla saat 13:45-də daxil olduğu bildirilib.
Açıqlamada, xəbərin ardından hadisə yerinə polis qruplarının gəldiyi və hücumda yaralananların olduğu qeyd edilib.
Bəyanatda vətəndaşları hadisə yerindən uzaq durmağa çağırıb və hadisə ilə bağlı araşdırmalara başlanıldığı qeyd edilib.
İsveç dövlət televiziyası SVT-nin məlumatına görə, polis sözçüsü Lars Hedelin hücum nəticəsində iki nəfərin yaralandığını açıqlayıb.
Örebro polisi başqa bir açıqlamada bildirdi ki, mövcud məlumatlara əsasən, polis hücumun “cinayətkar şəbəkə ilə əlaqəli” olduğuna inanır.
Polis şübhəlinin tutulması üçün genişmiqyaslı əməliyyat keçirir.
İsveç İslam Federasiyasının prezidenti Tahir Akan hücumla bağlı Anadolu Agentliyinin (AA) müxbirinə açıqlama verib.
Akan hücumun məscidə və ya camaatına yönəlmədiyini və irqçilik motivi olmadığını bildirib.
Akan izah edib ki, məscidin yaxınlığında gözləyən bir adamın cümə namazı qılan iki nəfərlə "şəxsi kin" var. O, "Hücum edən şəxs planlaşdırıldığı kimi, cümə namazından sonra kin saldığı iki nəfəri güllələyib öldürdü. Camaatda həkim olduğu üçün ilkin tibbi yardım göstərdi. Mənə məlumat aldım ki, güllələnənlərdən biri ağır, digəri isə yüngül yaralanıb".