RU

Evlilikdə xəyanət və uşaqları tərk etməyə görə cərimələr gəlir

Rusiyada ailə dəyərlərinin qorunması ilə bağlı yeni qanunvericilik təşəbbüsü müzakirələrə səbəb olub.

 

Təklifə əsasən, xəyanət edən şəxslərə 15–20 min rubl, uşaqlarını tərk edən valideynlərə isə hər bir uşaq üçün 50 min rubl məbləğində cərimə tətbiq olunması nəzərdə tutulur.

 

Federal Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Təşkilatının rəhbəri Vitali Borodin məsələyə münasibət bildirərək deyib ki, ailə institutunun dayaqları zəifləyib və bu kimi hallara qarşı heç bir cəza tədbirinin olmaması vəziyyəti daha da ağırlaşdırır. Onun sözlərinə görə, ölkədə ataların ailələrini və uşaqlarını atıb getməsi halları artmaqdadır və bu, ictimai narahatlıq doğurur.

 

Musavat.com

Tarix: 15 Avqust 2025, 20:46   
Избранный
11
1
pravda.az

2Источники