RU

Cəlilabadda yanğın törədənlər məsuliyyətə cəlb olundu

ain.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Avqustun 15-də Cəlilabad şəhəri ərazisində yanğın hadisələri törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, araşdırmalarla yanğınların 1997-ci il təvəllüdlü Ş.Əliyev tərəfindən əkin sahəsinin, 1971-ci il təvəllüdlü M.Xudaşov tərəfindən isə məişət tullantıllarının yandırılması ilə törədildiyi məlum olub.

Nəticədə biçilmiş əkin sahəsi və kol-kos yanıb.

Hər iki şəxs məsuliyyətə cəlb olunub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
4
30
qafqazinfo.az

10Источники