ABŞ prezidenti Donald Tramp Ankoricdə Rusiya prezidenti Vladimir Putinlə atəşkəs razılaşmasına nail ola bilməsə, məyus olacağını bildirib.
AFN.az xəbər verir ki, o, bu barədə Rusiya lideri ilə görüşmək üçün Ankoric şəhərinə uçarkən Ağ Evin mətbuat guşəsində jurnalistlərin suallarını cavablandırarkən danışıb.
Zirvənin hansı şəraitdə uğurlu olacağı barədə suala Tramp “bunu deyə bilməyəcəyini” deyə cavab verib. "Hələ heç nə müəyyənləşdirilməyib. Mən müəyyən şeylər istəyirəm, atəşkəs istəyirəm və Avropanın bununla heç bir əlaqəsi yoxdur. Avropa mənə nə edəcəyimi demir, amma onlar təbii ki, Zelenski kimi prosesdə iştirak edəcəklər", - deyə Tramp qeyd edib.
Amerika lideri bildirib ki, tezliklə atəşkəs istəyir: "Bunun bu gün baş verib-verməyəcəyini bilmirəm, amma bu gün [baş verməsə] məyus olacağam".