RU

İkinci cəhddə Ginnesin rekordlar kitabına düşməyi bacardı - Foto

ABŞ-nin İndiana ştatında Fort Ueyn sakini Aleks Babiç tərəfindən yetişdirilən günəbaxan dünyanın ən hündür günəbaxanına çevrilib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda UPI məlumat yayıb.

Babiçin “Yonca” adını verdiyi 9,32 metr hündürlüyündəki bitki 2014-cü ildə Almaniyada bağban Hans-Peter Şiffer tərəfindən yetişdirilmiş 9,16 metrlik rekordunu geridə qoydu.

Qeyd edək ki, bu, Aleksin Ginnesin rekordlar kitabına düşmək üçün ikinci cəhdidir. Keçən il o, ABŞ-nin milli rekordunu da qırmağa çalışsa da, günəbaxan lazımi hündürlüyə çata bilməyib.


Избранный
31
6
qafqazinfo.az

7Источники