Rusiya prezidenti Vladimir Putin və amerikalı həmkarı Donald Tramp arasında Alyaskada keçiriləcək sammit kifayət qədər planlaşdırılmış tədbirlərə görə ümumilikdə təxminən 6-7 saat davam edəcək.
AFN.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Moskva liderlərin əvvəlcə təkbətək söhbət edəcəyini güman edir. "Hazırda belə çıxır ki, buna köməkçilər də cəlb olunacaq. Sonra nümayəndə heyətlərinin tərkibində, ola bilsin, işgüzar nahar formatında danışıqlar olacaq. Sonra liderlər bir müddət dağılışacaq, sonra birgə mətbuat konfransı üçün toplaşacaqlar. Ümumiyyətlə, təsəvvür etmək olar ki, təbii ki, buna ən azı 6-7 saat vaxt sərf olunacaq", - deyə Kreml nümayəndəsi qeyd edib.