RU

Rusiyada avtomobil hərəkətdə olarkən öpüşün hüquqi nəticələri açıqlandı

Rusiyada

Hərəkət zamanı öpüşməyə görə diqqəti yayınan və yol qəzasına səbəb olan sürücü məsuliyyətə cəlb ediləcək. Bu barədə Gazeta.Ru-ya avtohüquqşünas Lev Voropayev məlumat verib.“Əgər bu, yol-nəqliyyat hadisəsinə gətirib çıxararsa və məsələn, videoregistrator vasitəsilə qeydə alınarsa, bu, qəza zamanı öpüşən sürücünün vurduğu ziyana görə məsuliyyət daşıması üçün əsas olacaq,” – deyə hüquqşünas bildirib.Onun sözlərinə görə, avtomobil hərəkətdə olarkən insanlar arasında sevgi jestlərinə görə qanunvericilikdə birbaşa cəza nəzərdə tutulmayıb. Bununla belə, əgər maşında öpüşmək nümayişkaranə hərəkət kimi qəbul edilərsə və məktəb və ya uşaq müəssisəsi yaxınlığında baş verərsə, bu, əxlaqsız hərəkət kimi qiymətləndirilə bilər. Bu halda pozuculara min rubla qədər cərimə tətbiq ediləcək.Ulusum.az

Diqqət Çəkənlər

Yazıçı Vüqar Tapdıqlı vəfat edib

FHN-in Bakı Regional Mərkəzi təlim keçirib - VİDEO

Ərdoğan kimə qarşı məhkəmə iddiası qaldırdı? - FOTO

Избранный
10
ulusum.az

1Источники