Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhərinin, Qubadlı və İmişli rayonlarının inzibati ərazilərində ağacların qanunsuz kəsilməsi halları aşkar olunub.
Xidmətdən Ekologiya.az-a verilən məlumata görə, araşdırma zamanı Bakı şəhəri, Yasamal rayonu, Vasif Əliyev küçəsi, 165 ünvanında, Qubadlı rayonunun Hal kəndində və İmişli rayonu ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 71 min 750 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.