RU

Sabah növbəti tədris ili üzrə lisey və gimnaziyalara qəbul imtahanı keçiriləcək

Avqustun 16-da saat 10:00-da 2025-2026-cı tədris ili üzrə şagidlərin yerdəyişmə prosesi imtahanla həyata keçirilən lisey və gimnaziyaların 5,6,7,8 və 9-cu siniflərinə qəbul imtahanı həyata keçiriləcək.

Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) məlumat yayıb.

Qeyd edilib ki, 26 avqust tarixində isə ibtidai siniflər üçün müsabiqənin müsahibə formatında təşkili nəzərdə tutulur. İmtahana dair məlumatlar valideynlərin şəxsi kabinetinə göndərilib.

Bakı Avropa Liseyi, Respublika İncəsənət Gimnaziyası və Bülbül adına Orta İxtisas Musiqi Məktəbi üzrə müsabiqələr müəssisələr tərəfindən müəyyənləşdirilmiş tarixlərdə keçiriləcək.

Избранный
55
40
aznews.az

10Источники