RU

London xəbərdarlıq edir: Putin–Tramp razılığı Kiyevi çətin vəziyyətə sala bilər

London

Böyük Britaniyanın keçmiş MI-6 kəşfiyyat xidmətinin rəhbəri Con Soyers bildirib ki, əgər bu gün prezidentlər Donald Tramp və Vladimir Putin Ukrayna ilə bağlı sülh sazişinə çatsalar, bu, Kiyev üçün “pis xəbər” olacaq. Onun sözlərini Sky News yayıb.“Əgər belədirsə, bu, Ukrayna üçün çox pis xəbərdir. Çünki əgər Putinə prezident Trampı müharibənin bitməsi ilə bağlı Rusiyanın mövqeyinə yaxın bir mövqe tutmağa razı salmaq mümkün olarsa, Ukrayna faktiki olaraq Kremlın nəzarəti altına düşə bilər,” – Soyers deyib.Onun sözlərinə görə, bu gün keçirilən tədbirdə Ukrayna münaqişəsini bitirmək üçün fürsət olacaq və buna yönəlmiş bütün səylər alqışlanmalıdır.“Putinə nə qədər skeptik yanaşsam da, bu münaqişəyə son qoya biləcək bir prosesi başlatmaq imkanı var,” – Soyers vurğulayıb.Ulusum.az

Diqqət Çəkənlər

Yazıçı Vüqar Tapdıqlı vəfat edib

Tramp və Putin Alyaskada Arktika və sanksiyaları müzakirə edə bilər

FHN-in Bakı Regional Mərkəzi təlim keçirib - VİDEO

Избранный
3
ulusum.az

1Источники