RU

Azərbaycanda yük daşımaları 3 %-ə yaxın artıb

2025-ci ilin yanvar-iyulunda Azərbaycanda nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri 136,9 milyon ton yük daşıyıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Hesabat dövründə nəqliyyatçılar 1 milyard 187,7 milyon sərnişinə xidmət göstəriblər. Bu isə 1 il əvvələ nisbətən 56,2 milyon sərnişin və ya 5 % çoxdur.

7 ayda qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 4,1 % artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 79,4 % təşkil edib.

Избранный
26
5
anews.az

6Источники