RU

Tramp-Putin görüşünün Alyaskada keçirilməsinin pərdəarxası səbəbləri...


Faiq Balabəyli: “Görüşün Amerikaya məxsus hərbi bazada keçirilməsi sözlə yanaşıgücün də nümayişi ola bilər”

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında keçiriləcək görüşün proqramı razılaşdırılıb. Bunu jurnalistlərə brifinqdə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Qeyd edilib ki, görüşAlyaskada, Ankoricdə baş tutacaq və konkret olaraq "Elmendorf-Richardson" hərbi bazasının binalarından biri istifadə olunacaq: “Dövlət başçıları əvvəlcə təkbətək danışacaq, daha sonra isə iki ölkənin nümayəndə heyətləri ilə işçi səhər yeməyi formatında görüş davam edəcək. Danışıqların əsas mövzusu Ukrayna münaqişəsinin həlli olacaq. Bundan əlavə, liderlər beynəlxalq və regional aktual məsələlər ətrafında fikir mübadiləsi aparacaq, həmçinin ikitərəfli əməkdaşlıq, ticarət və iqtisadi əlaqələr məsələlərinə toxunacaqlar”.

Maraqlıdır, Putinlə Trampın görüşü niyə Alyaskaya salındı? Bunun arxasında nə kimi məsələlər ola bilər?

“Alyaska bir zamanlar Rusiyanın işğal etdiyi torpaqlar sırasında olub və bu güno qədər də böyük olmayan pula Amerika tərəfindən alınıb”

Müstəqil.az saytının baş redaktoru Faiq Balabəyli “Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, bu görüş iki mehriban düşmənin bir araya gəlməsidir, görüşün zahirən nə qədər səmimi, mehriban görünəcəyinə baxmayaraq, daxili gərginliklər hər iki lideri tərk etməyəcək: “Baxmayaraq ki, Tramp görüşün fovoriti sayıla bilər və hardasa diqtə edən tərəf kimi də xarakterizə etmək olar. Putinin də gözləntiləri çox böyükdür qarşı tərəfdən, bu görüşdə Cənubi Qafqazda mövqe və nüfuz itkisinə baxmayaraq Ukrayna ilə apardığı işğalçı müharibədə nələri isə əldə etməklə o itkinin qarşılığını almaq istəyir. Ukrayna münaqişəsinin həlli yolunu Putin Trampdan hansısa qarantı, sözünü və əməlini dəstəkləməsini gözləyir ki, Ukrayna tərəf daha böyük zərərlə qarşılaşsın. Ukraynaya nəyisə güzəşt etdirsin, yaxud daha böyük işğalçı hərəkətində susqun dayanmasına nail olsun.

O ki qaldı Putinlə Trampın Alyaskada görüşməsinə, bu əslində çox həssas bir məsələdir. Burada da ABŞ prezidentinin daha yüksək mövqedə olması qənaətinə gəlmək olar. Hər kəsə məlumdur ki, Alyaska bir zamanlar Rusiyanın işğal etdiyi torpaqlar sırasında olub və bu güno qədər də böyük olmayan pula Amerika tərəfindən alınıb. Görüşün burada keçirilməsinə rəmzi mənalardan biri demək olar. Həm də görüşün Amerikaya məxsus hərbi bazada keçirilməsi sözlə yanaşıgücün də nümayişi ola bilər”.

Günel CƏLİLOVA

Избранный
19
50
baki-xeber.com

10Источники