RU

Azərbaycan ən yüksək maaşın olduğu sahələr - CƏDVƏL

2025-ci ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 9,4 faiz artaraq 1097,3 manat təşkil edib.

FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Əməkhaqqı neft-qaz sektorunda 3918,7 manat, qeyri neft-qaz sektorunda 1044,9 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 1061,8 manat, özəl müəssisələrdə isə 1133,0 manat olub.

 

Sahələr üzrə ətraflı məlumatlar:

Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq: Bu sahədə orta əməkhaqqı 688,6 manatdır. Dövlət sektorunda 779,1 manat, qeyri-dövlət sektorunda isə 665,8 manat təşkil edir.

Mədənçıxarma sənayesi: Ölkədə ən yüksək əməkhaqqı bu sahədədir – 3733,9 manat. Dövlət sektorunda 2366,0 manat, qeyri-dövlət sektorunda isə 4438,1 manatdır.

Emal sənayesi: Orta əməkhaqqı 989,3 manatdır. Dövlət sektoru 1521,4 manatla fərqlənir, qeyri-dövlət sektorunda isə 912,1 manatdır.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı: Orta göstərici 1099,9 manatdır. Dövlət sektoru 1093,1 manat, qeyri-dövlət sektoru isə 1485 manat olub.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı: Bu sahədə orta əməkhaqqı 762,8 manatdır. Dövlət sektorunda 720,3 manat, qeyri-dövlət sektorunda isə 1324,3 manatdır.

Tikinti: Orta aylıq əməkhaqqı 1154,4 manatdır. Dövlət sektoru 1109,2 manat, qeyri-dövlət sektoru isə 1166,4 manata bərabərdir.

Ticarət; nəqliyyat vasitələrinin təmiri: Orta əməkhaqqı 739,2 manatdır. Dövlət sektorunda 1031,6 manat, qeyri-dövlət sektorunda isə 736,2 manat təşkil edib.

Nəqliyyat və anbar təsərrüfatı: Bu sahədə orta əməkhaqqı 1552,7 manatdır. Dövlət sektoru 1641,7 manat, qeyri-dövlət sektoru isə 1436,2 manatdır.

Turistlərin yerləşdirilməsi və ictimai iaşə: Orta göstərici 791,5 manatdır. Dövlət sektoru 1925,5 manat, qeyri-dövlət sektoru isə 750,8 manata bərabər olub

İnformasiya və rabitə: Bu sahədə orta əməkhaqqı 1905,9 manatdır. Dövlət sektoru 1583,8 manat, qeyri-dövlət sektoru isə 2135,0 manatdır.

Maliyyə və sığorta fəaliyyəti: Orta əməkhaqqı 3052,6 manatdır. Dövlət sektorunda 3925,4 manat, qeyri-dövlət sektorunda isə 2861,0 manatdır.

Daşınmaz əmlakla əlaqədar əməliyyatlar: Orta aylıq əməkhaqqı 1273,4 manatdır. Dövlət sektorunda 1248,1 manat, qeyri-dövlət sektorunda isə 1282,5 manatdır.

Peşə, elmi və texniki fəaliyyət: Orta göstərici 1846,8 manatdır. Dövlət sektoru 1273,2 manat, qeyri-dövlət sektoru isə 2359,9 manatdır.

İnzibati və yardımçı xidmətlərin göstərilməsi: Orta əməkhaqqı 711,3 manatdır. Dövlət sektoru 635,8 manat, qeyri-dövlət sektoru isə 841,5 manatdır.

Dövlət idarəetməsi və müdafiə; sosial təminat: Bu sahədə orta əməkhaqqı 1482,7 manatdır. Dövlət sektorunda 1514,3 manat, qeyri-dövlət sektorunda isə 608,0 manatdır.

Təhsil: Orta aylıq əməkhaqqı 808,1 manatdır. Dövlət sektorunda 798,7 manat, qeyri-dövlət sektorunda isə 971,6 manatdır.

Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi: Orta göstərici 941,7 manatdır. Dövlət sektoru 989,6 manat, qeyri-dövlət sektoru isə 747,5 manatdır.

İstrahət, əyləncə və incəsənət sahəsində fəaliyyət: Orta əməkhaqqı 871,5 manatdır. Dövlət sektoru 817,4 manat, qeyri-dövlət sektoru isə 1280,9 manatdır.

Digər sahələrdə xidmətlərin göstərilməsi: Bu sahədə orta əməkhaqqı 1297,5 manatdır. Dövlət sektoru 1922,3 manat, qeyri-dövlət sektoru isə 1123,6 manatdır.

 

İqtisadi Fəaliyyət Növləri

Cəmi

Dövlət

Qeyri-Dövlət

Ölkə Üzrə - Cəmi

1 097,3

1 061,8

1 133,0

Kənd Təsərrüfatı, Meşə Təsərrüfatı Və Balıqçılıq

688,6

779,1

665,8

Mədənçıxarma Sənayesi

3 733,9

2 366,0

4 438,1

Emal Sənayesi

989,3

1 521,4

912,1

Elektrik Enerjisi, Qaz Və Buxar İstehsalı, Bölüşdürülməsi Və Təchizatı

1 099,9

1 093,1

1 485,0

Su Təchizatı, Tullantıların Təmizlənməsi Və Emalı

762,8

720,3

1324,3

Tikinti

1 154,4

1 109,2

1 166,4

Ticaret; Nəqliyyat Vasıtələrinin Təmiri

739,2

1031,6

736,2

Nəqliyyat Və Anbar Təsərrüfatı

1 552,7

1 641,7

1 436,2

Turistlərin Yerləşdirilməsi Və İctimai İaşə

791,5

1 925,5

750,8

İnformasiya Və Rabitə

1 905,9

1583,8

2 135,0

Maliyyə Və Sığorta Fəaliyyəti

3 052,6

3 925,4

2 861,0

Daşınmaz Əmlakla Əlaqədar Əməliyyatlar

1 273,4

1 248,1

1 282,5

Peşə, Elmi Və Texniki Fəaliyyət

1 846,8

1 273,2

2 359,9

İnzibati Və Yardımcı Xidmətlərin Göstərilməsi

711,3

635,8

841,5

Dövlət İdarəetməsi Və Müdafiə; Sosial Təminat

1482,7

1514,3

608,0

Təhsil

808,1

798,7

971,6

Əhaliyə Səhiyyə Və Sosial Xidmətlərin Göstərilməsi

941,7

989,6

747,5

İstrahət, Əyləncə Və İncəsənət Sahəsində Fəaliyyət

871,5

817,4

1 280,9

Digər Sahələrdə Xidmətlərin Göstərilməsi

1 297,5

1 922,3

1 123,6

Избранный
6
fed.az

1Источники