RU

Su 57 və F 22 qırıcıları ilk dəfə hava məkanında qarşılaşa bilər

ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın Alyaskada keçiriləcək sammiti ilə əlaqədar Rusiyanın "Su-57" qırıcıları və ABŞ-nin "F-22 Raptor" təyyarələri ilk dəfə eyni hava məkanında görüşə bilər.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "Newsweek" jurnalı yazıb.

Nəşr belə bir görüşün Rusiya liderinin Alyaskaya yola düşəcək təyyarəsini "Su-57"lərin müşayiət edəcəyi təqdirdə mümkün olacağını ehtimal edib. Nəşr bir neçə "F-22"nin Putinlə Trampın görüşünün planlaşdırıldığı Elmendorf-Riçardson hərbi bazasında yerləşdirildiyini qeyd edib.

"Bildiyim qədər, "Su-57" və "F-22" heç vaxt qarşılaşmayıblar", - Niderlandın TNO tədqiqat mərkəzinin strateji analitiki Frederik Mertens jurnala verdiyi açıqlamasında bildirib.

Qeyd edək ki, Rusiya və ABŞ prezidentlərinin görüşü Ankoricdəki Elmendorf-Riçardson hərbi bazasında baş tutacaq. Rusiya liderinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, danışıqların yerli vaxtla saat 11:30-da (Bakı vaxtı ilə 23:30) başlaması planlaşdırılır. Putin və Tramp əvvəlcə üzbəüz danışacaqlar, daha sonra nümayəndə heyətləri onlara qoşulacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
6
oxu.az

1Источники