RU

Alyaskada başqa adamı Peskovla səhv saldılar

ain.az bildirir, Oxu.az portalına istinadən.

Kremlin rəsmi nümayəndəsi Dmitri Peskovun Rusiya-ABŞ sammitinə getməsi ilə bağlı xəbəri dərc edən Alyaskada nəşr olunan "The Alaska Landmine" nəşri özünün "X" sosial şəbəkəsindəki hesabında onun adı ilə başqa şəxsin fotolarını paylaşıb.

Oxu.Az xəbər verir ki, bu barədə lenta.ru məlumat yayıb.

"Lənət olsun! (Rusiya Prezidenti Vladimir) Putinin mətbuat katibi Dmitri Peskov ruslara çox oxşayan bir neçə kişi ilə Ankoricdəki "Jens's" restoranındadır!" - məlumatda bildirilir.

Nəşr yazıya başqa bir insanın təsvir olunduğu bir neçə foto əlavə edib. Ehtimal olunur ki, nəşr Peskovu Rusiyanın ABŞ-dəki səfiri Aleksandr Darçiyevlə səhv salıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
21
oxu.az

1Источники