RU

2025-ci ilin ilk yarısında Azərbaycanda 50 minə yaxın yeni iş yeri açılıb

2025-ci ilinyanvar-iyun ayları ərzində Azərbaycanda 48,9 min yeni iş yeri açılıb... 

Bu barədə Poliqon Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu dövrdə yaradılmış iş yerlərinin 92,1 faizi qeyridövlət sektorunda açılıb. Yeni açılmış iş yerlərinin 74,7 faiziBakı şəhərinin, 1,1 faizi Naxçıvan Muxtar Respublikasının,24,2 faizi digər regionların, o cümlədən 8,3 faizi Abşeron-Xızı,2,6 faizi Quba-Xaçmaz, 2,5 faizi Şəki-Zaqatala, 2,3 faiziGəncə-Daşkəsən, 2,1 faizi Qarabağ, 1,4 faizi Lənkəran-Astara,1,1 faizi Mərkəzi Aran, 1,1 faizi Şərqi Zəngəzur, 1,0 faizi ŞirvanSalyan, 0,8 faizi Qazax-Tovuz, 0,5 faizi Dağlıq Şirvan və 0,5 faiziMil-Muğan iqtisadi rayonlarının payına düşüb.

Yeni açılmış iş yerlərinin 10,8 faizi yeni yaradılmışmüəssisə və təşkilatlarda, 87,6 faizi mövcud müəssisə vətəşkilatlarda, 0,5 faizi fəaliyyətini bərpa etmiş müəssisə vətəşkilatlarda, 1,1 faizi isə digər tədbirlər üzrə yaradılıb.

Poliqon.info

Избранный
26
9
poliqon.info

10Источники