RU

Rusiya Ukraynanın azərbaycanlı hərbçisini əsir götürdü

Ukrayna ordusunun 3-cü ayrı hücum briqadasının azərbaycanlı hərbçisi Azazadə Asim Mahir oğlu Luqansk ilə Xarkov vilayətinin sərhədində yerləşən Petrovskoye kəndi yaxınlığında Rusiya ordusuna əsir düşüb.

XəzərNews.az xəbər verir ki, azərbaycanlı ifadəsində Bakı şəhərindən olduğunu deyib. Rusiya qoşunları tərəfindən mühasirəyə alındıqdan sonra o təslim olub.

Jurnalistlərlə söhbətində azərbaycanlı hərbçi, o cümlədən nasist simvolları əks etdirən döymələrini nümayiş etdirib.

Başqa təfərrüatlar açıqlanmayıb.

Xəbər 3 dəfə oxunub.
Избранный
6
1
xezernews.az

2Источники