RU

Portuqaliya-Azərbaycan oyununun vaxtı və stadionu açıqlandı

BAKI, 15 avqust. TELEQRAF

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Portuqaliya ilə keçirəcəyi səfər oyununun yeri və başlama saatı müəyyənləşib.

Teleqraf AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, B qrupunun I turunda, sentyabrın 5-də, Barseluş şəhər stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 22:30-da başlanacaq.

Qeyd edək ki, U-21 sentyabrın 9-da seçmə mərhələnin ikinci turunda “Dalğa Arena”da Bolqarıstan yığması ilə qarşılaşacaq.

Избранный
41
21
teleqraf.com

10Источники