RU

Azərbaycanda qanunsuz narkotik dövriyyəsi ilə bağlı QORXUNC STATİSTİKA

2025-ci ilin yanvar-iyul ayları ərzində qanunsuz dövriyyədən çıxarılmış 4 ton 949 kq 473,018 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 126 milyon 71 min kimi qiymətləndirilir.

Bizim.Media xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının icmalında qeyd edilib.

Bildirilib ki, hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 5214 cinayət faktı aşkarlanıb.

Onlardan 1632-si narkotik vasitələrin qanunsuz satışı, 3453-ü narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 127-si narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 2-i bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.
 

Bundan əlavə, bu ilin yeddi ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 3184 nəfər cəlb edilib. Həmin şəxslərdən 3084 kişi, 100 qadın olub. Müvafiq dövr ərzində hüquq-mühafizə orqanları narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 144 fakt aşkar edib.


Eyni zamanda 10 ton 121 kq 801,942 qr müxtəlif növ narkotik vasitə, psixotrop maddə və onların prekursorları, həmçinin 8644 ədəd çətənə bitkisi məhv edilib.

Bizim.Media

Избранный
60
23
bizim.media

10Источники