“Azərbaycan Beynəlxalq Bankı” (ABB) gələn aydan etibarən bank kartları üzrə nağdlaşdırma limitini kəskin azaldır.
Valyuta.az bu barədə Bankdan məlumat əldə edib. Məlumata görə, ən böyük dövlət bankı ABB 11 sentyabr tarixindən nağdlaşdırma və köçürmələr üzrə yeni qaydaların tətbiqinə başlayacaq.
Məlumata görə, ABB TamKart debet və Azercell ko-brend kartları ilə aylıq nağdlaşdırma limitini 7 min manatdan 3 min manata endirir. Başqa sözlə, nağdlaşdırma limiti 2,3 dəfədən çox azaldılıb. Bildirilib ki, 3 min manatdan çox nağdlaşdırma əməliyyatlarına minimum 1 manat olmaqla 1% komissiya haqqı hesablanacaq. Sözügedən kartlara mədaxil limiti isə əvvəlki qaydada dəyiməyərək 3 min manat saxlanılıb. Burada isə 3 min manatdan yuxarı mədaxil üzrə 1 manat və ya 0,5% komissiya haqqı müəyyən edilib.
Qeyd edək ki, nağdlaşdırma və köçürmə limitləri digər kartlara şamil edilməyib.