RU

Ölkədə qızıl istehsalı artıb

2025-ci ilin  yeddi ayında ölkədə 1862.7 kq qızıl, 2533.5 kq isə gümüş istehsal edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 49.2%, gümüş istehsalı isə 32.9% artıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

2025-cü il avqustun 1-nə Azərbaycanda qızıl və gümüş üzrə hazır məhsul ehtiyatı müvafiq olaraq 167.5 kq və 577.3 kq təşkil edib.

2024-cü ildə ölkədə 2663.5 kq qızıl, 3184.9 kq isə gümüş istehsal edilib.

Cari ilin iyununda Azərbaycan 22,97 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 81,4 % çoxdur.

6 ay ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 9,9 % artaraq 1,8 milyard ABŞ dolları təşkil edib.

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2025-ci ilin II rübündə 15,8 ton qızıl alıb.

Fonddan verilən məlumata görə, 1 iyul tarixinə investisiya portfelində qızılın xüsusi çəkisi 28,8%-ə çatıb. Bu göstərici aprelin 1-i ilə müqayisədə 3 faiz bəndi çoxdur.

Artım həm qızıl alışları, həm də beynəlxalq bazarlarda qiymətlərin yüksəlməsi ilə izah olunur.

Aytac Zeynalova

Избранный
30
5
anews.az

6Источники