RU

Güzəştli mənzillərin növbəti seçimi başa çatdı (FOTO)

Bakı. Trend:

Mənzil İnşaatı Dövlət Agentliyinin layihələri – Hövsan YaşayışKompleksinin birinci mərhələsi, Hövsan Yaşayış Kompleksinin ikincimərhələsi, Gəncə Yaşayış Kompleksi və Sumqayıt layihəsində yerləşənümumilikdə 432 mənzilin ipoteka kreditindən istifadə etməklə, həmdə öz vəsaiti hesabına ödəniş üsulu ilə “Elektron hökumət” portalı(www.e-gov.az) üzərindən “Güzəştli mənzil” sistemi vasitəsiləsatışı prosesinə 16.12.2023-cü il tarixində saat 11:00-dabaşlanılmış və mənzillərin seçimi qısa müddətdə başa çatıb.

Qurumdan Trend-ə bildirilib ki, mənzillərin seçimi prosesiMənzil İnşaatı Dövlət Agentliyinin inzibati binasında yaradılmışoperativ qərargahda Azərbaycan Respublikası Dövlət TəhlükəsizliyiXidmətinin, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiyaTəhlükəsizliyi Dövlət Xidmətinin, Rəqəmsal İnkişaf və NəqliyyatNazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiya və Rəqəmsalİnkişaf Agentliyi və "AzInTelecom” MMC-nin və medianümayəndələrinin iştirakı ilə müşahidə edilib.

Seçim mərhələsi başa çatdıqdan sonra isə Mənzil İnşaatı DövlətAgentliyinin nümayəndəsi “Güzəştli mənzil” sistemində aparılantəkmilləşdirmə işləri və xüsusi proqram təminatları vasitəsiləmənzil seçiminin daha sürətli edilməsinin qarşısının alınmasıməqsədilə seçim prosesinə tətbiq edilən əlavə təhlükəsizliktədbirlərini əyani olaraq nümayiş etdirib.

“Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyininsərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsiQaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi isə19 dekabr 2023-cü il tarixində saat 11:00-da başlayacaq və 23dekabr 2023-cü il tarixi saat 11:00-dək davam edəcək.

Qaydaya əsasən satış müddətində seçilmiş bir mənzil həmin elançərçivəsində daha iki şəxs tərəfindən də ardıcıl olaraq gözləməqaydasında seçilə bilər. Bunun üçün, istifadəçi müəyyən edilmişmüddət ərzində “Güzəştli mənzil” sistemində elektron kabinetindəmüvafiq bölməyə daxil olaraq ödəniş üsulu, mənzil seçimi üsulu vəlayihəni seçərək mənzili axtarır. Mənzilə baxış mərhələsində birneçə istifadəçi eyni mənzilə baxış keçirə bilər və “Təsdiq et”düyməsini sıxan ilk 2 şəxs həmin mənzili gözləmə qaydasında seçəbilər. Daha sonra istifadəçi gözləmə qaydasında seçdiyi mənzilinərizəsini imzalayıb təqdim etməlidir. Əgər hər hansı bir səbəbdənmənzil onu seçmiş şəxs tərəfindən əldə edilmədikdə, ilk olaraqhəmin mənzil gözləmə qaydasında birinci sırada seçmiş şəxsə təklifediləcək. Eyni qaydada, əgər mənzil hər hansı bir səbəbdən birincisırada seçmiş şəxs tərəfindən də əldə edilməsə, həmin mənzilgözləmə qaydasında ikinci sırada seçmiş şəxsə təklif ediləcək.

Qeyd edək ki, 16.12.2023-cü il tarixində seçilmiş mənzillərbarədə statistik məlumatlar ictimaiyyətə təqdim olunacaq.

Güzəştli
Güzəştli
Güzəştli
Güzəştli
Избранный
176
10
az.trend.az

10Источники