Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Elman Nəsirov deyib. O bildirib ki, görüşün bəzi məqamları diqqətdən yayınmır:

“Əsas müzakirə mövzusu Ukrayna ilə bağlı olacaq, lakin görüşdə Zelenski iştirak etmir. Nəzərə alsaq ki, Ukrayna mövzusunda Rusiya ilə ABŞ-nin mövqeyi üst-üstə düşmür, ona görə kompromis mütləq olacaq. Vaşinqtonda da, Moskvada da bunu bilirlər, əks halda atəşkəsdən və sülhdən söhbət gedə bilməz.
Əsas məsələ də ərazilərlə bağlıdır. Rusiyanın mövqeyi belədir ki, o, işğal etdiyi Ukrayna ərazilərini qaytarmaq istəmir. Bu məsələdə ABŞ-nin fərqli mövqeyi var. Ukrayna isə bildirir ki, bütün işğal olunmuş torpaqlar geri qaytarılmalıdır. Belə olan təqdirdə kompromis o ola bilər ki, Rusiya tutduğu ərazilərin bir qismini qaytarsın. Tramp üçün də bu, çox önəmlidir. Əgər bu münaqişəni də həll edə bilsə, onun Nobel Sülh mükafatının sahibi olacağına daha heç bir şübhə qalmayacaq. Ona görə Tramp sülhün əldə edilməsində son dərəcə maraqlıdır”.
Deputatın sözlərinə görə, istisna deyil ki, görüşdə Cənubi Qafqazdakı proseslər müzakirə edilsin:
“8 avqustda Vaşinqtonda əldə edilən razılaşma müzakirə predmeti ola bilər. Çünki Rusiyanın bu razılaşmaya qısqanclıqla yanaşdığı heç kəsə sirr deyil”.
Cavidan Mirzəzadə
Demokrat.az
10Источники
-
moderator.az"Mən inanıram ki, ABŞ və Avropanın dəstəyi ilə biz Rusiyanı həqiqi sülhə məcbur edə biləcəyik" - Zelenski ( 20453937)
-
azreform.infoMoskva və Kiyev güzəştə getməyincə sülh olmayacaq - Dövlət katibi ( 20453709)
-
moderator.azKremlin yeni hücum planı: Postsovet ölkələri hədəfdə ( 20453580)
-
olke.azMoskva və Kiyev güzəştə getməyincə sülh olmayacaq - Dövlət katibi ( 20453223)
-
bakivaxti.azABŞ-nin vasitəçiliyi və Ukrayna-Rusiya münasibətləri ( 20452806)
-
sherg.azRusiya ilə Ukrayna arasında sazişin imzalanmasına hələ çox var PROQNOZ ( 20451726)
-
sherg.azRusiya ilə Ukrayna arasında sazişin imzalanmasına hələ çox var -PROQNOZ ( 20451546)
-
xezerxeber.azÇin ABŞ-Rusiya münasibətlərinin yaxşılaşmasından məmnundur ( 20451285)
-
azerbaijan-news.azÇin ABŞ-Rusiya münasibətlərinin yaxşılaşmasından məmnundur ( 20451084)
-
sia.az"Rusiya Ukraynaya kompensasiya ödəməlidir" - ŞƏRH EDİLDİ ( 20450934)