RU

İdarə Heyətinin sədri: Gəncədə qurumuş ağaclar nömrələnir, pilot layihə sui-istifadə hallarının qarşısını alacaq

Bakı, 15 avqust, AZƏRTAC

İndiyədək ətraf-mühitlə bağlı bizi qane etməyən məsələlər var idi. Qurumuş, qəzalı, ağacların götürülmədən öncə inventarlaşdırılması, nömrələnməsi, etiketlənməsi, sayı, yerləri və onların yerinə mövsümdə əkiləcək yeni ağaclar barədə məlumatların olması, bu informasiyaların www.agac.az səhifəsinə yerləşdirilməsi həm də sui-istifadə hallarının qarşısını alacaq. İlk dəfə Gəncədə pilot layihə olaraq belə bir yanaşma tətbiq edilir. İstənilən vərəndaş səhifəyə daxil olaraq, ağacın müqəddəratı ilə bağlı məlumatlana bilər. Bundan sonra o siyahida hansısa uyğunsuzluq olarsa, aşkanlanacaq ki, ağaclar hardan və necə götürülüb.

AZƏRTAC xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov bildirib

O deyib ki, Gəncə şəhərində qurumuş, qəzalı və ətraf mühitə mənfi təsir edən ağacların nişanlanması işlərinin aparılmasında məqsəd yaşıllıq sahələrinin sağlamlaşdırılması, estetik görünüşün yaxşılaşdırılmasıdır. Eyni zamanda, Gəncəni yaşıllıqlarla zəngin məkana çevirmək, həmçinin yaşıllıqlara qanunsuz müdaxilələrin və sui-istifadə hallarının qarşısını almaq, yaşıllıqları mühafizə etməkdir.

“Bundan əlavə, bioloji müxtəlifliyin dəstəklənməsi və iqlim dəyişikliyinə qarşı adaptasiya tədbirləri baxımından da bu cür planlı işlər olduqca əhəmiyyətlidir”,- deyə M.Qənbərov əlavə edib.

Onun sözlərinə görə, görülən bu tədbirlərin ictimaiyyətə daha əlçatan olması üçün nişanlanan ağacların sayı, yerləri və onların yerinə mövsümdə əkiləcək yeni bitkilər barədə məlumatlar mütəmadi şəkildə www.agac.az səhifəsində əks olunacaq. Bununla da ictimaiyyət bu məlumatları daha asan əldə edə biləcək.

 

Избранный
38
8
azertag.az

10Источники