RU

İtirdiyi pul kisəsini 10 il sonra tapdı FOTO

ain.az, Olke.az saytına istinadən bildirir.

ABŞ-də Riçard Qilford adlı kişinin itirdiyi pulqabı 10 il sonra tapılıb.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, o, 2014-cü ildə “Ford” fabrikində avtomobil montajı edərkən pul kisəsini itirib.

O, iş yoldaşları ilə birlikdə onlarla nəqliyyat vasitəsini və iş yerini axtarmasına baxmayaraq, pul kisəsini tapa bilməyib.

Keçən ay Minnesota ştatının Leyk Kristal şəhərində bir müştərinin avtomobilinə xidmət edərkən, mexanik Çad Volk mühərrik və hava filtri korpusu arasında sıxılmış pulqabını tapıb.

Sürücülük vəsiqəsi və içindəki şəxsiyyət vəsiqəsi vasitəsilə sahibini müəyyən edən Volk feysbukda Qilfordla əlaqə saxlayıb.

10 ildən sonra pulqabısına qovuşan amerikalı təəccübləndiyini söyləyib: “O, Minnesota ştatının dondurucu soyuğunda və Arizona ştatının yandırıcı istisində indiyə qədər səyahət etdi. Bu, inanılmazdır”.

Qilford pul kisəsini evdə vitrində nümayiş etdirəcəyini deyib. O bildirib ki, bu hekayəni övladlarına və nəvələrinə danışacaq.

Billurə

  Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
21
3
olke.az

6Источники