Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda bu ilin yanvar-iyul aylarında avtomobil benzini və dizel yanacağının alınmasına 2 milyard 102 min manat xərc çəkilib.
Banco.az bu barədə Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, illik müqayisədə 6,8% artım deməkdir.
Əhalinin son 5 ildə əhalinin yanacaq xərcləri artmaqda davam edib. Ötən ilin eyni dövründə ölkə əhalisinin yanacaq xərci 2 milyard manatı ötməmişdi. 5 ildə (yanvar-iyul dövrü) ümumi yanacaq xərci isə 8 milyard 525 milyon manata bərabər olub:
İllər (Yanvar-iyul ayları) | Yanacaq xərcləri |
2025 | 2 milyard 102 milyon manat |
2024 | 1 milyard 821 milyon manat |
2023 | 1 milyard 682 milyon manat |
2022 | 1 milyard 526 milyon manat |
2021 | 1 milyard 394 milyon manat |
Bizi sosial şəbəkələrdən izləyin!!