RU

Pakistanda sel fəlakəti: ölənlər var

BAKI, TurkicWorld

Avqustun 15-də səhər saatlarında Pakistanın şimal-qərbində güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 15 nəfər ölüb, daha 17 insan itkin düşüb.

TurkicWorld xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.

Məlumata görə, ölkənin Xiber Paxtunxva əyalətində çoxlu sayda ev suyun altında qalıb.

Xilasedicilər bildiriblər ki, bu əyalətdə azı 8 nəfər ölüb, 4 nəfər xəsarət alıb, 17 nəfər isə itkin düşüb.

Qeyd edilir ki, yaralılar yerli xəstəxanalara çatdırılıb, itkin düşənlərin axtarışı isə davam edir.

Избранный
12
50
turkic.world

10Источники