Pakistan mediası xəbər verir ki, bu ölkənin Xiber Paxtunxva əyalətində çoxlu sayda ev suyun altında qalıb. Xilasedicilərin məlumatına görə, bu əyalətdə azı 8 nəfər ölüb, 4 nəfər xəsarət alıb, 17 nəfər isə itkin düşüb. Yaralılar yerli xəstəxanalara çatdırılıb, itkin düşənlərin axtarışı isə davam edir.
Bölgəyə yağan güclü yağışdan sonra Sori Pav rayonunda bir evin uçması nəticəsində 5 nəfər ölüb, 4 nəfər isə yaralanıb. Əyalətin Mansehra rayonunda avtomobili sel aparması nəticəsində iki nəfər ölüb, bir nəfər xəsarət alıb.
Pakistanda iyunun 26-dan bəri davam edən musson yağışları nəticəsində ölənlərin sayı 328-ə çatıb. Milli Fəlakətlərin İdarə Edilməsi Təşkilatının məlumatına görə, 740-dan çox insan yaralanıb. Ölənlərin əksəriyyətinin – 164 nəfərin və 582-dən çox yaralının şərqdəki Pəncab əyalətində olduğu bildirilib.
Güclü yağışlar Balatistan bölgəsinin müxtəlif nöqtələrində sürüşmələrə səbəb olub, xilasedicilər müxtəlif ərazilərdə qapalı qalan insanları təxliyə etmək üçün mübarizə aparıblar.
10Источники
-
news24.azÇində daşqınlar nəticəsində 8 nəfər öldü ( 20418297)
-
sia.azÇində daşqınlar nəticəsində 8 nəfər ölüb ( 20418636)
-
hafta.azÇində daşqın nəticəsində səkkiz nəfər həlak olub ( 20418594)
-
sherg.azÇinin şimalında daşqınlar nəticəsində 8 nəfər ölüb ( 20418579)
-
ikisahil.azÇində daşqınlar nəticəsində 8 nəfər ölüb ( 20418504)
-
news365.azÇində daşqın nəticəsində səkkiz nəfər həlak olub ( 20418429)
-
modern.azÇində daşqınlar - 8 nəfər öldü ( 20418252)
-
report.azÇində daşqınlar nəticəsində 8 nəfər ölüb ( 20418081)
-
apa.azÇində daşqın nəticəsində səkkiz nəfər həlak olub ( 20418003)
-
sia.azPakistanda daşqınlar nəticəsində ölənlərin sayı 220 nəfərə çatıb ( 20398233)