RU

“Hizbullah” Livan hökumətini təhdid edib

"Hizbullah" qruplaşmasının lideri Naim Qasem bildirib ki, Livanın rəsmi hökuməti qruplaşma üzvlərinin tərk-silah edilməsi planının səbəb olduğu kütləvi iğtişaşlara görə məsuliyyət daşıyır.

“Report” xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

O bildirib ki, əgər hökumət "Hizbullah"dan silahları zorla almağa cəhd etsə, "Livanda bir nəfər də sağ qalmayacaq".

Qruplaşmanın lideri əlavə edib ki, "Hizbullah" və onun müttəfiqi olan “Amal” hərəkatı ABŞ və Beyrutun dəstəklədiyi tərk-silah planına qarşı istənilən küçə etirazlarını təxirə salmağa qərar veriblər, çünki Livan hökuməti ilə dialoqu hələ də mümkün hesab edirlər. Lakin gələcək etirazlar ABŞ səfirliyinə qədər çata bilər.

Xatırladaq ki, Livan Prezidenti Jozef Aun ölkədəki bütün silahların dövlətin nəzarətinə veriləcəyini təsdiqləyib.

Nazirlər Kabineti Livan ordusuna 2025-ci ilin sonuna qədər bütün silahlı birləşmələrin tərk-silah planını hazırlamağı tapşırıb.

Избранный
18
7
report.az

8Источники