Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin Beynəlxalq əlaqələr üzrə mütəxəssisi Mixail Frişmana yeni təyinat verilib.
Offsideplus.az xəbər verir ki, ona bu təyinat Avropa Voleybol Konfederasiyası tərəfindən (CEV) tapşırılıb.
M.Frişman kişi voleybolçular arasında 2026-cı ildə keçiriləcək Avropa çempionatının təsnifat mərhələsinin oyununda iştirak edəcək.
O, avqustun 16-da İsveçrədə baş tutacaq E qrupunun İsveçrə - İsveç qarşılaşmasında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.