Gürcüstanda Azərbaycan vətəndaşı qanunsuz sərhəd keçidinə görə saxlanılıb.
Viral.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Kvemo Kartli Polis Departamentinin əməkdaşları keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində Gürcüstanın dövlət sərhədini qanunsuz keçməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanılıb.
Son Yazılar:
- Gürcüstanda Azərbaycan vətəndaşı qanunsuz sərhəd keçidinə görə saxlanılıb
- Oleq Bakinski və Konstantin Kuçerlə bağlı apellyasiya şikayət verilib
- Ermənistanda Aİ-nin müşahidə missiyası fəaliyyətini davam etdirəcək
İlkin araşdırmalara görə, 1998-ci il təvəllüdlü Ç.G. sərhəd nəzarət məntəqəsindən yan keçərək qanunsuz şəkildə Gürcüstan ərazisinə daxil olub. Hüquq-mühafizə orqanları onu Tbilisi–Marneuli yolunda avtomobil idarə edərkən saxlayıblar.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 344-cü maddəsi ilə cinayət işi başlanılıb.