Aktual.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Kvemo Kartli Polis Departamentinin əməkdaşları keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində Gürcüstanın dövlət sərhədini qanunsuz keçməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanılıb.
İlkin araşdırmalara görə, 1998-ci il təvəllüdlü Ç.G. sərhəd nəzarət məntəqəsindən yan keçərək qanunsuz şəkildə Gürcüstan ərazisinə daxil olub. Hüquq-mühafizə orqanları onu Tbilisi–Marneuli yolunda avtomobil idarə edərkən saxlayıblar.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 344-cü maddəsi ilə cinayət işi başlanılıb.