RU

Hüseynovun komandası Konfrans Liqasının pley-off mərhələsində

Cəlal Hüseynovun komandası Konfrans Liqasının pley-off mərhələsinə yüksəlib.

Sportinfo.az xəbər verir ki, təmsilçimizin çıxış etdiyi "Arda" III təsnifat mərhələsinin hər iki oyununda qələbə qazanıb.

Səfərdə "Kauno Jalgiris"ə (Litva) 2:0 hesabı ilə qalib gələn Cəlalın komandası öz meydanında iki cavabsız qolla güclü olub.

Start heyətində yer alan Hüseynov bu dəfə də qarşılaşmanı əvəzolunmadan başa vurub.

"Arda" pley-off mərhələsində "Rakov" (Polşa) - "Makkabi" (Hayfa, İsrail) cütünün qalibi ilə münasibətlərə aydınlıq gətirəcək.

Избранный
52
2
sportinfo.az

10Источники