Babək rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb.
Far.Az xəbər verir ki, kadrlarda avtomobilin tamamilə sıradan çıxdığı və istifadəyə yararsız hala düşdüyü görüntülər yer alıb.
Qahab kəndi ərazisində qeydə alınan hadisə zamanı 33 yaşlı Möhlət Baxtıcamal oğlu Zamanovun idarə etdiyi "Mercedes" markalı avtomobil "Ford" markalı nəqliyyat vasitəsilə toqquşub.
Qahab kənd sakini, Möhlət Baxtıcamal oğlu Zamanov və 27 yaşlı Babək rayon Naxışnərgiz kənd sakini Mənsur Mərdan oğlu Zamanov hadisə yerində keçiniblər. Digər sərnişinlərin isə xəstəxanada müalicəsi davam edir.
Xatırladaq ki, ağır yol-nəqliyyat hadisəsində həyatını itirən şəxslərdən biri nazirlik əməkdaşı olub. Həyatını itirən Möhlət Baxtıcamal oğlu Zamanov Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinin əməkdaşı olub.