RU

Gürcüstanda Azərbaycan vətəndaşı qanunsuz sərhəd keçidinə görə saxlanılıb

Sia Az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Gürcüstanda Azərbaycan vətəndaşı qanunsuz sərhəd keçidinə görə saxlanılıb. SİA xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Kvemo Kartli Polis Departamentinin əməkdaşları keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində Gürcüstanın dövlət sərhədini qanunsuz keçməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanılıb.

İlkin araşdırmalara görə, 1998-ci il təvəllüdlü Ç.G. sərhəd nəzarət məntəqəsindən yan keçərək qanunsuz şəkildə Gürcüstan ərazisinə daxil olub. Hüquq-mühafizə orqanları onu Tbilisi–Marneuli yolunda avtomobil idarə edərkən saxlayıblar.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 344-cü maddəsi ilə cinayət işi başlanılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
5
10
sia.az

10Источники