
“Rusiya, əgər Ermənistan bunu zəruri hesab edirsə, Azərbaycanla “Tramp marşrutu” adlanan nəqliyyat dəhlizinin yaradılması planlarında Ermənistana dəstək verir”.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bunu jurnalistlərə Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçuk bildirib.