İnternet provayder “CityNet” ticarət nişanının sahibi, Nizamnamə kapitalı 127 284 210 AZN olan “Uninet” MMC internet provayder “KATV1” ticarət nişanının sahibi, Nizamnamə kapitalı 200 040 AZN olan“AG telekom” MMC-ni alıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, anlaşma istiqamətində ötən ildən başlayan müzakirələr bir müddət öncə başa çatıb.
Artıq hər iki MMC-nin qanuni təmsilçisi İlqar Şamil oğlu Nəhmədovdur. “AG telekom”un əvvəlki qanuni təmsilçisi isə Samir Qurbanov olub.
Şirkətin 2024-cü ilin sonlarınadək dövlətə yarım milyon manata yaxın vergi borcu olub. Hazırda isə borc yoxdur.
“Uninet” Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, ev 113, “AG telekom” isə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 81 ünvanında qeydiyyatdadır.
Nadir