RU

“Ermənilər bizim «qırmızı xətlərimizə» hörmət edəcəklərini deyiblər” - İRAN XİN

Dünən İranın xarici işlər naziri Abbas Əraqçı Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderləri arasında imzalanan bəyannamə ilə bağlı danışıb. SİA xəbər verir ki, o, bu sənədin detallarının hələ tam aydın olmadığını iddia edib.

Nazirin sözlərinə görə, Cənubi Qafqazda nəqliyyat marşrutları ilə bağlı baş verən proseslər Tehranın əvvəlki gözləntilərindən "yerlə göy qədər" fərqlidir.

“Ermənilər bizə açıq şəkildə bildirdilər ki, Tehranın bütün “qırmızı xətləri”nə riayət edəcəklər. İran-Ermənistan sərhədində heç bir Amerika qüvvəsi yerləşdirilməyəcək”, - deyə, Əraqçı vurğulayıb. (ISNA)

Избранный
5
2
sia.az

3Источники