Yayımlandı: 14 Avqust 2025
Avqustun 14-nə Azərbaycandakı un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisəsinin satış qiyməti 25,8-28 manat arasında dəyişib. Bakı şəhəri və Abşeron rayonunda isə bu qiymət 26,5-27 manat civarındadır.
Bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb.
Məlumata əsasən, ölkə üzrə ən aşağı topdansatış qiymət Şabran rayonunda 25,8 manat, ən yüksək isə Gəncə şəhərində 28 manat olaraq qeydə alınıb.