RU

Şamaxıda AĞIR QƏZA: Tələbə qız faciəli şəkildə HƏLAK OLUB – FOTO

Xəbər verdiyimiz kimi, avqustun 13-də Şamaxıda ağır yol qəzası baş verib. Nəticədə 23 yaşlı Leyla Qasımova aldığı xəsarətlərdən həyatını itirib. Mərhum Qərbi Kaspi Universitetinin III kurs İnformasiya texnologiyaları ixtisasında təhsil alırdı.

Bizim.Media xəbər verir ki, bu barədə Universitetin sosial şəbəkə hesabında məlumat paylaşılıb.
 

MÖVZU İLƏ BAĞLI:

Şamaxıda dəhşətli QƏZA: Bir nəfər həyatını itirdi, üç azyaşlı XƏSARƏT ALDI


Qeyd edək ki, sözügedən qəza saat 12 radələrində rayonun Çöl Göylər kəndi ərazisində qeydə alınıb.

Belə ki, “Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə nəqliyyat vasitəsində olan sərnişin,  23 yaşlı Leyla Qasımova aldığı xəsarətlərdən ölüb, eləcə də 3-ü azyaşlı olmaqla 5 nəfər xəsarət alıb.


Bizim.Media

Избранный
26
1
bizim.media

2Источники