RU

Xaçmazda sahibkarı cərəyan vurub öldürdü


Xaçmazda kişini elektrik cərəyanı vuraraq öldürüb. Hadisə rayonun Niyazoba kəndində baş verib. Məlumata görə, 1966-cı il təvəllüdlü Daşdəmirov Şahid Qurban oğlu ona məxsus avtomobil təmiri müəssisəsinin üzərindən keçən internet naqillərin sallanaraq maşınların keçməsinə maneə yaratması səbəbindən kabeli əli ilə tutub yuxarı qaldırmaq istəyib. Bu zaman onu elektrik vurub.

Mətləb

Избранный
8
2
baki-xeber.com

10Источники