Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Qahab kəndində ağır qəzada vəfat edən şəxslərdən biri məmur imiş.
Busaat.az xəbər verir ki, News24.az-ın əldə etdiyi məlumata görə, hadisəni törədən 33 yaşlı Zamanov Möhlət Baxtıcamal oğlu Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinin əməkdaşı olub.
Onun idarə etdiyi 68 BK 944 dövlət qeydiyyat nişanlı “Mercedes-Benz” markalı avtomobil 67 BM 473 dövlət qeydiyyat nişanlı “Ford” markalı avtomobillə toqquşub.
Hadisə nəticəsində Babək rayon Qahab kənd sakini Zamanov Möhlət Baxtıcamal oğlu və 27 yaşlı Babək rayon Naxışnərgiz kənd sakini Zamanov Mənsur Mərdan oğlu hadisə yerində həyatını itirib.
Avtomobildə olan digər sərnişin, Naxışnərgiz kənd sakini 30 yaşlı Zamanov Şöhrət Aydın, ağır bədən xəsarətləri alaraq Naxçıvan Muxtar Respublikası xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.
Hadisə yerinə Daxili İşlər Nazirliyinin əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin Xüsusi Xilasetmə Qrupu cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.