RU

Serbiyada etirazlar: Hakim partiyanın ofisi dağıdıldı

Ajans.az Prezident Aleksandar Vuçiçə istinadən xəbər verir ki,hadisəni “dinc etiraz kimi təqdim edilən vandalizm” adlandırıb. Vuçiçin sözlərinə görə, aksiya zamanı Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin bir əməkdaşı ağır bədən xəsarətləri alıb. Dörd nəfər saxlanılıb. Prezident həmçinin etirazçıların “insanları diri-diri yandırmaq istədiyini” iddia edib. Sosial şəbəkələrdə yayılan videolarda ofis binasının qarət edildiyi və dağıdıldığı görüntülənir. Hadisə avqustun 14-nə keçən gecə Novi Sad və Belqradda keçirilən, erkən seçkilər tələbi ilə təşkil olunmuş etirazlar zamanı baş verib.

Daxili işlər naziri İvitsa Daçiç, ümumilikdə 14 nəfərin saxlanıldığını, iğtişaşlar nəticəsində 5 polis əməkdaşının yaralandığını açıqlayıb.

Избранный
79
20
Ajans.az

10Источники