RU

Lamela İspaniyanın məşhur klubunun baş məşqçisi olacaq

Yunanıstan AEK-dən ayrılan yarımmüdafiəçi Erik Lamela futbolçu karyerasını bitirmək qərarına gəlib.

90deqiqe.Az xəbər verir ki,  argentinalı futbolçu 33 yaşında butslarını asıb.

 Lamela futbol məşqçisi olmaq qərarına gəlib. O, Matias Almeydanın rəhbərlik etdiyi İspaniyanın "Sevilya"sının heyətinə qatılacaq.

Erik futbolçu karyerası ərzində “Roma”, “London Tottenhem” və “River Pleyt”də də çıxış edib. Argentina millisinin forması ilə 25 oyun keçirib və 3 qol vurub.

Yarımmüdafiəçi Yunanıstan təmsilçisində ümumilikdə 31 oyun keçirib. Argentinalı futbolçu altı qol vurub və üç məhsuldar ötürmə edib.

Избранный
27
90deqiqe.az

1Источники