Bakı. Trend:
ASCO-nun dövriyyəyə buraxdığı “ASCO istiqrazları” üzrə növbətikupon ödənişləri olub.
Trendxəbər verir ki, bu barədə ASCO məlumat yayıb.
Bildirilib ki, 23 fevral 2024-cü ildə dövriyyəyə buraxılmışümumi məbləği 50 000 000 (əlli milyon) ABŞ dolları həcmində olanistiqrazlar sahiblərinə 1,5 milyon ABŞ dolları qazandırıb.
"Hər birinin nominal dəyəri 1000 ABŞ dolları olan “ASCOistiqrazları” 5 illik müddətə tədavülə buraxılıb.
İstiqrazlar üzrə faizlər 6 aydan bir ödənilməklə, illik 6%gəlirliliklə emissiya edilib",- deyə əlavə edilib.