RU

İcra başçılarının səlahiyyətləri onlara ötürüləcək

Azərbaycanın yerli idarəetmə sistemində mühüm dəyişikliklər  gözlənilir. Uzun illər bölgələrdə əsas icraedici orqanı kimi fəaliyyət göstərən icra hakimiyyətləri struktur islahatlarının astanasındadır. İslahatların məqsədi qərarların qəbulu prosesini sürətləndirmək, bürokratik əngəlləri aradan qaldırmaq və yerli icra hakimiyyətlərinin daha çevik və effektiv fəaliyyətini təmin etməkdir. Bəzi idarələrin birləşdirilməsi, digərlərinin isə müasir tələblərə uyğun şəkildə yenidən formalaşdırılması nəzərdə tutulur.

Növbəti mərhələdə isə icra hakimiyyətlərinin ləğv edilə biləcəyi müzakirə edilir. Qeyd edək ki, artıq işğaldan azad edilən bölgələrdə Prezidentin nümayəndəlikləri sınaqdan keçirilir və onların fəaliyyəti özünü doğruldub. Ekspertlər növbəti mərhələdə icra hakimiyyətlərinin ləğvi və bütün səlahiyyətlərin nümayəndəliklərə ötürülməsi ehtimalını müzakirə edirlər.

Modern.az-a açıqlamasında “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev bildirib ki,  bu il Azərbaycanda “Konstitusiya və Suverenlik ili” elan edilib. Buna görə də istisna etməzdim ki, növbəti aylarda Konstitusiya dəyişiklikləri ilə bağlı referendum ehtimalı ola bilər. “Bütün bunları nəzərə alaraq hesab edirəm ki, yaxın perspektivdə dövlət idarəetməsində daha ciddi struktur islahatları gözləniləndir”. pizza hut

Siyasi ekspert Əli Orucov “Yeni Müsavat”a şərhində bildirib ki, Azərbaycan hakimiyyətinin  uğurlu xarici siyasəti daxili siyasəti ilə həmahəng getməlidir və möhkəmləndirilməlidur. Bunun üçün həllini gözləyən vacib problemlər həll edilməli. lazım gələrsə, qətiyyətli addımlar atılmalıdır: “Ölkədə islahatlar aparılsa da, bunun tempinin aşağı olması gözləntiləri doğrultmur və həyata keçirilən dəyişikliklər də istənilən effekti vermir. İdarəetmənin təkmilləşdirilməsi, müasir dövrün tələb və çağırışlarına uyğun yeniləşdirilməsi, mobil və səmərəli hala gətirilməsi qarşıda duran ən vacib məsələlərdir. Azərbaycanda dövlət aparatı çox şişirdilib və bir çox hallarda bir-birini təkrarlayır. Azərbaycanda təkcə yerli deyil, mərkəzi hakimiyyət orqanlarının da sayını azaltmaq işin faydasına olar. Nazirlər Kabinetinin tərkibi həddindən artıq genişdir. Fikrimcə, baş  nazir postu ləğv olunmalı, Nazirlər Kabinetinə Birinci vitse-prezident rəhbərlik etməlidir. Nə qardaş Türkiyədə, nə Birləşmiş Ştatlarda baş nazir postu yoxdur. Nəzərə alsaq ki, Azərbaycan bir çox sahələrdə Türkiyə modelinə keçid edir, bu məsələdə də həmin təcrübədən yararlanmaq faydalı olardı. Dəfələrlə deyildiyi kimi, yerli icra hakimiyyəti orqanları Ayaz Mütəllibovun dönəmindən qalıb və köhnələrək müasirliklə ayaqlaşa bilmir. Hətta inkişafa, təşəbbüskarlığa mane olur. Eyni zamanda dövlətin büdcəsinə artıq yükdür. Onun əvəzinə yerli idarəetmə orqanlarının səlahiyyətlərini artırmaq, regionların təsərrüfat idarəçiliyini bələdiyyələrə vermək daha düzgün olar”.

Ekspert hesab edir ki, yerli icra hakimiyyəti orqanlarını 14 iqtisadi rayonlar üzrə birləşdirib Prezidentin həmin rayonlar üzrə nümayəndəliyini formalaşdırmaq olar: “Belə təcrübə artıq işğaldan azad olunmuş rayonlar üzrə var.  Onlar Prezidentin yerlərdə nümayəndələri kimi birbaşa Prezidentə tabedirlər.  Cəmiyyətin özü də artıq icra hakimiyyətləri başçılarına əlçatmaz ünvan kimi baxır. Bu da təsadüfi deyil. Başçılar özlərini əksər hallarda rayonların mütləq-hakimi kimi aparır, digər qurumlara, biznes strukturlarına qanunsuz müdaxilə edir, nəticədə əhalinin narazılığına səbəb olurlar. Korrupsiya və rüşvətxorluqla bağlı qalmaqallı icra başçılarının həbsi bir daha sübut etdi ki, bəzi yerli icra hakimiyyətləri bir çox hallarda mütəşəkkil cinayətkar qrupa çevrilib. Onlar özəl maraqlarını təmin etmək üçün tabeliyindəki vəzifəli şəxsləri də qanunsuzluğa məcbur edirlər. Faktiki olaraq yerli icra hakimiyyətləri heç nəyi həll etmir, heç nəyə məsuliyyət daşımır, amma geniş var-dövlət qazanırlar. Ancaq, təəssüf ki, tətbiq edilən bu qədər cəza tədbirləri, həbslər də bu cür neqativ halların qarşısını tam ala bilmir. Təəccüblüsü odur ki, həmin məmurlar qısa müddətdən sonra həbsdən azad olunurlar. Demək, onların arxasında hansısa gözəgörünməz güclü əl dayanır və onları cəzadan xilas edə bilir”.

Ə.Orucov dedi ki, son dövrlər bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının şöbə və idarələrini ləğv edilərək region üzrə birləşdirilməsi onu deməyə əsas verir ki, yerli icra hakimiyyətlərinin ləğv edilməsi istiqamətində ləng proses gedir: “Prezident İlham Əliyevin sərəncamı ilə ölkədə 14 iqtisadi rayonun yaradılması ölkənin yeni idarəetmə modelinə keçidini də artıq uzun müddətdir aktuallaşdırıb. Azərbaycanda dövlət idarəçiliyinin daha səmərəli qurulması üçün mövcud icra hakimiyyətlərinin ləğvi gec-tez baş verəcək. Hazırda işğaldan azad edilmiş rayonlarda və Naxçıvanda Prezidentin xüsusi nümayəndəliyi institutu fəaliyyət göstərir. Dövlət başçısının sərəncamı ilə yaradılmış yeni institut faktiki olaraq idarəetmə mexanizmini həyata keçirir. Hazırkı idarəetmə modelinin dəyişdirilməsi və icra hakimiyyətlərinin xüsusi nümayəndəliklərlə əvəz edilməsi həm idarətetmənin sadələşməsinə, həm də səmərəliliyinin artmasına səbəb olar. Əslində sovet dövrünün rayon partiya komitələrinin başqa adla təkrarına bənzəyən rayon icra hakimiyyəti institutu ləğv edilməli, bunun əvəzində 14 iqtisadi rayonda Prezidentin xüsusi nümayəndəliyi institutu tətbiq edilsə, daha səmərəli olar. İdarəetmə modellərində yeniliklərin tətbiqinin Konstitusiyada təsbit olunması üçün konstitusiya dəyişikliyi edilməlidir”.


Telegram kanalımız
Избранный
28
5
yenisabah.az

6Источники