Nikolas Qonzales “Atletiko”ya keçə bilər.
Msport.az xəbər verir ki, Madriddə klub “Yuventus”un cinah oyunçusunun transferi ilə bağlı danışıqlara başlayıb.
Turin klubu 27 yaşlı futbolçu üçün 30 milyon avro istəyir. Lakin onu məcburi alınma şərti ilə icarəyə verməyə də hazırdır. “Atletiko” argentinalını Samuel Linonun əvəzləyicisi kimi görür.
Qeyd edək ki, Qonzales ötən mövsüm A Seriyasında 26 oyun keçirib, 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.