Fanat saytından alınan məlumata görə, ain.az bildirir.
Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Misli Premyer Liqasında 2025/26 mövsümünə bu gün start veriləcək. Klublarımız təlim-məşq toplanışlarını və yoxlama oyunlarını yekunlaşdırıb, ilk turun matçlarına hazırlaşır.
Fanat.Az Premyer Liqa təmsilçilərinin yayda keçirdiyi oyunlara nəzər salır.
Yarısı xaricə üz tutdu
Premyer Liqada çıxış edəcək 12 klubdan 6-sı hazırlıqlarını ölkə xaricində keçirdi, digər yarısı isə Azərbaycanda qalmağa üstünlük verdi. Avrokubokda çıxış edən 4 iştirakçı - "Qarabağ", "Zirə", "Araz-Naxçıvan" və "Sabah", o cümlədən "Neftçi" ilə "Turan Tovuz" müxtəlif ölkələrə üz tutdular. Konkret, "Qarabağ" ilə "Sabah" Avstriyada, "Zirə", "Araz-Naxçıvan" və "Turan Tovuz" Türkiyədə, "Neftçi" isə Polşada hazırlıq keçdilər.
Debütantlar "Qəbələ", "Karvan-Yevlax", "İmişli", o cümlədən "Sumqayıt", "Kəpəz" və "Şamaxı" isə ayaqlarını yorğanlarına görə uzadıb ölkəni tərk etmədilər.
49 oyun, 131 qol
Klublarımız yay fasiləsi zamanı 49 oyuna çıxıb. Bunun 22-si xarici komandalarla olub.
49 oyunda klublarımız 131 qol vurub. Bu hər oyuna orta hesabla 2,67 top deməkdi. Yayın ən məhsuldar komandası "Araz-Naxçıvan" olub. "Qırmızı-ağlar" 4 oyunda 18 dəfə fərqlənib (orta hesabla 4,5). Ancaq bu məhsuldarlıq əsasən bir oyunun payına düşüb. Elmar Baxşıyevin komandası Türkiyənin aşağı liqa təmsilçisi “Bayburtspor”un qapısından 14 top keçirib.
12 ölkə, 18 klub
Klublarımız ölkə xaricində 12 ölkə təmsilçisi ilə 21 oyun keçirib. Klublarımız ən çox Türkiyə təmsilçiləri ilə üz-üzə gəlib - 11 oyun. Qalan 11 ölkə komandaları ilə 10 oyun baş tutub. 21 oyun 18 klubla keçirilib ki, "Qarabağ" “Tvente” (Niderland) ilə iki dəfə qarşılaşıb, o cümlədən iki təmsilçimiz Türkiyədə iki eyni rəqiblə üzləşiblər.
Azərbaycan - 28
Türkiyə - 9
Niderland - 2
Kipr - 1
İsrail - 1
Polşa - 1
Ukrayna - 1
Avstriya - 1
Rumıniya - 1
Albaniya - 1
Mərakeş - 1
İordaniya - 1
Macarıstan - 1
"Qəbələ", "Neftçi" və "Sabah" məğlub olmadılar
Mövsümə hazırlıq çərçivəsində "İmişli" hamıdan çox - 6 oyun keçirib. "Qəbələ", "Zirə", "Şamaxı" və "Sumqayıt" isə hərəyə 5 matçda gücünü sınayıb. "Sabah" avrokuboka birinci mərhələdən başladığı üçün cəmi iki sınaq görüşünə çıxmağa imkan tapmışdı. Ancaq Valdas Dambrauskasın oyun təcrübəsinin azlığından əziyyət çəkəcəyini demək yersiz olar. Çünki "bayquşlar" avrokubokda 6 oyun keçirdilər.
Yoxlama oyunlarındakı nəticələri təhlil etsək, "Qəbələ" hamıdan yaxşı görünüb. Kaxaber Tsxadadzenin komandası Premyer Liqada özü səviyyəsindəki rəqiblərin əksəriyyətini - “Şamaxı”, “Kəpəz”, “Sumqayıt” və “İmişli”ni məğlub edib, "gənclik şəhəri" təmsilçisi ilə daha bir dueldə heç-heçəyə razılaşıb. Yekunda 5 oyunun heç birində uduzmayan "qırmızı-qaralar" bu baxımdan liderdir. Düzdür, "Neftçi" və "Sabah" da hazırlığı məğlubiyyətsiz başa vurublar. Ancaq paytaxt klubları az oyun keçiriblər.
"Kəpəz" yay toplanışını xalsız, "Neftçi", "Sabah" və "Turan Tovuz" qələbəsiz başa vurublar.
Klublarımızın yay toplanışında keçirdiyi oyunlar:
*Qəbələ - 5 oyun: +4=1-0, 10-5; 13 xal
“Sumqayıt” 2:2, 1:0
“Şamaxı” 2:1
“Kəpəz” 2:0
“İmişli” 3:2
* "Zirə" - 5 oyun: +4=0-1, 10-3; 12 xal
“Keçiörengücü” (Türkiyə) 2:1
“Əl-Hüseyin” (İordaniya) 1:0
"Çorum" (Türkiyə) 2:0
"Pendik" (Türkiyə) 4:0
"Şamaxı" 1:2
* "Şamaxı" - 5 oyun: +3=1-1, 13-6; 10 xal
"Sumqayıt" 2:2
"Kəpəz" 6:1
"Karvan" 2:0
"Qəbələ" 1:2
"Zirə" 2:1
* "İmişli" - 6 oyun: +2=2-2, 7-7; 8 xal
"Araz-Naxçıvan-2" 2:1
"Sumqayıt" 0:0
"Sumqayıt-2" 0:0
"Qəbələ" 2:3
"Karvan" 1:2
"Sabah-2" 2:1
* "Araz-Naxçıvan" - 4 oyun: +2=1-1, 18-4; 7 xal
"Trabzonspor" (Türkiyə) 3:2
“Bayburtspor” (Türkiyə) 14:0
“Alanyaspor” (Türkiyə) 0:0
"Konyaspor" (Türkiyə) 1:2
* "Qarabağ" - 4 oyun: +2=0-2, 10-10; 6 xal
“Zalsburq” (Avstriya) 2:1
“Metallist 1925” (Ukrayna) 4:5
“Tvente” (Niderland) 3:2, 1:2
* "Sumqayıt" - 5 oyun: +1=2-2; 5 xal
"Qəbələ" 2:2, 0:1
"Şamaxı" 0:1
"Kəpəz" 2:1
"İmişli" 0:0
* “Neftçi” - 3 oyun: +0=3-0, 5-5; 3 xal
AEL (Kipr) 2:2
“Hapoel Təl-Əviv” (İsrail) 1:1
“Termalitsa Nyeçetşa” (Polşa) 2:2
* "Karvan" - 3 oyun: +1=0-2, 3-5; 3 xal
"İmişli" 2:1
"Mingəçevir" 1:2
"Şamaxı" 0:2
* "Sabah" - 2 oyun: +0=2-0, 5-5; 2 xal
"Rapid" (Rumıniya) 2:2
"Pakş" (Macarıstan) 3:3
* "Turan Tovuz" - 4 oyun: +0=2-2, 1-3; 2 xal
“Flamurtari” (Albaniya) 0:1
"Keçiörengücü" (Türkiyə) 0:0
"Çorum" (Türkiyə) 1:1
"Vidad" (Mərakeş) 0:1
* "Kəpəz" - 3 oyun: +0=0-3, 2-10; 0 xal
"Sumqayıt" 1:2
"Şamaxı" 1:6
"Qəbələ" 0:2
Mirağa Mirzəyev
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.
Abunə Ol
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.