RU

Vərəm Sanatoriyası kommunal xidmətlərin satın alınması üçün tender elan edib

Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün Vərəm Sanatoriyası digər kommunal xidmətlərin satın alınması üzrə müsabiqə elan edib.

Finss.az xəbər verir ki, satınalmanın ümumi ehtimal olunan dəyəri 10.890 AZN təşkil edir.

Müsabiqə çərçivəsində istilik radiatorlarının yuyulub təmizlənməsi, internet xətlərinin bəzi hissələrinin çəkilməsi, vakumlu unitaz qapaqları, izolyasiya lentləri, lampalarventellərin alınması nəzərdə tutulur. Mallar üzrə texniki şərtlərə uyğun zəmanət verilməli, aşkar edilən qüsurlar icraçı tərəfindən qısa müddətdə aradan qaldırılmalıdır.

Təkliflərin qəbulu və zərflərin açılışı 29 avqust 2025-ci il saat 15:00-da baş tutacaq. İştirak haqqı 21,78 AZN, istifadə haqqı 25 AZN olaraq müəyyən edilib. Ödənişlər geri qaytarılmır.

Əlavə məlumat üçün təsərrüfat müdiri Elmir İsmayılov ilə [email protected] elektron poçt ünvanı və ya +994 12 453 08 34 telefonu vasitəsilə əlaqə saxlamaq mümkündür.

Fuad Mədətov
Finss.az

Əlavə bax: Kapital Bank 5 nominasiyada nüfuzlu “Stevie Awards” mükafatına layiq görüldü

Избранный
4
fins.az

1Источники